28 İyul 2026
İdman

Zinəddin Zidan “Real”dan getdi!

İspaniyanın “Real Madrid” klubunun baş məşqçisi Zinəddin Zidan istefa qərarı qəbul edib. 

İdmanxeber.com-un məlumatına görə, 46 yaşlı mütəxəssis qərarını bu gün keçirəcəyi mətbuat konfransında rəsmən açıqlayıb.

Jurnalistlər önünə klub prezidenti Florentino Peres də çıxıb. 

Qeyd edək ki, Zinəddin Zidan “Real Madrid”ə 4 yanvar 2016-cı ildə Rafael Benitesin əvəzinə baş məşqçi təyin olunub. Fransalı mütəxəssisin rəhbərliyi altında “kral klubu” İspaniya çempionu, ölkə Super Kubokunun, 3 dəfə Çempionlar Liqasının, 2 dəfə UEFA Super Kubokunun qalibi və 2 dəfə klublararası dünya çempionu olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43