28 İyul 2026
İdman

Qazaxıstan – Azərbaycan oyununun hakimləri bəlli oldu

Millimizin Qazaxıstanla keçirəcəyi yoxlama oyunu üçün hakim təyinatları açıqlanıb.

İdmanxeber.com-un Qazaxıstan mətbuatına istinadən yaydığı məlumata görə, matçın baş hakimi Moldova Futbol Federasiyasından Aleksandr Tyan olacaq. Ona həmyerliləri Andrey Bodyan və Viktor Mardari köməklik edəcək. Dördüncü hakim funksiyasını Dmitri Muntyan yerinə yetirəcək.

Qeyd edək ki, A.Tyan DÇ-2018-in seçmə mərhələsində Qazaxıstan və Ermənistan arasında keçirilən matçı (1:1) da idarə edib.

Əlavə edək ki, Astanada keçiriləcək Qazaxıstan – Azərbaycan görüşü iyunun 5-i Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43