“Yuventus” növbəti transferə hazırlaşır. Turin klubu “Atletiko”nun müdafiəçisi Dieqo Qodini heyətinə cəlb etmək üzrədi.
İdmanxeber.com-un məlumatına görə, tərəflər 32 yaşlı futbolçunun keçidi üçün 25 milyon avro müqabilində razılığa gəliblər.
Uruqvaylı müdafiəçi “Yuve”yə keçəcəyi təqdirdə Medhi Benatia komandanı tərk edəcək.
“Yuventus” bu yay Eçre Can, Joau Kanselu, Kriştiano Ronaldo, Matteo Kaldara kimi futbolçuları transfer etməklə diqqət mərkəzinə düşüb.

