24 İyun 2026
Ölkə futbolu

Təmkin Xəlilzadədən tarixi qol

Millətlər Liqasında ilk qolumuzu vurduq.

İdmanxeber.az-ın məlumatına görə, “Qəbələ”nin cinah oyunçusu Təmkin Xəlilzadə Azərbaycan yığmasının Millətlər Liqasındakı ilk qolunun müəllifi kimi tarixə düşüb. O, həm də 7-ci matçını keçirdiyi millidə özünün qol hesabını açıb.

Xatırladaq ki, Xəlilzadə Azərbaycan millisinin tarixində qol sevinci yaşayan 62-ci futbolçudur.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43