Topaz Premyer Liqasının IV turuna yekun vurulub.
Turun qapanış matçında “Neftçi” komandası “Bakcell Arena”da “Keşlə”ni qəbul edib. Qarşılaşmanın ardından ev sahibi komandanın baş məşqçisi Roberto Bordin jurnalistlərin suallarını cavablandırıb:
“Oyundan çox razı qaldım. Üzücü hal odur ki, ilk hissədə kifayyət qədər epizod oldu ancaq yararlana bilmədik”.
-Oyundan razı qaldığınızı bildirirsiniz. Qolları oyunun sonlarında vurdunuz. Ona kimi komandanız harda idi?
-Açığı deyim ki, siz başqa oyuna baxmısınız. Xahiş edirəm mənə ciddi sual verin.
-Rəqib baş məşqçi bəxtlərinin gətirmədiyini bildirdi. Siz necə düşünürüz bəxtiniz gətirdi deyə qalib gəldiniz?
-Xeyr. Bizim olduqca şanslarımız var idi. Bəxtlə yox, haqq edərək qazandıq.
-“Qarabağ”ın matçındakı mübahisəli epizod barəsində nə deyə bilərsiniz?
-Orda açıq aşkar penalti olduğunu hər kəs bilir. O qədər açıq idi ki, bunu necə vermədi, bilmirəm. Hakim üçün çox da qəliz bir epizod deyildi.
-Emin Mahmudovun olmaması sizin oyununuza təsir etdimi?
-Emin haqqında onu deyə bilirəm ki, o, çox səviyyəli və texnikalı oyunçudu. Ancaq Rəhman Hacıyev də bugün bizim ümidlərimizi doğrultdu.
-Eminin vəziyyəti barədə məlumat verərdiniz. Növbəti oyun meydanda olacaq?
O, yığma komandadan yeni qayıdıb. Biraz daha gözləyəcəyik.

