Dünən Avroliqanın qrup mərhələsində “Arsenal” doğma meydanda “Sportinq”i qəbul edib.
Oyunun ilk hissəsində London təmsilçisinin heyətində ciddi itki baş verib. Belə ki, “topçular”ın hücumçusu Dani Ulbek zədələnərək məcburi əvəzlənib. Xəstəxanaya çadırılan oyunçunun ayağında qırıq olduğu və uzun müddət yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

