Millətlər Liqasındakı rəqiblərimizdən olan Malta komandasının baş məşqçisi Rey Farruciya Kosovo oyunu öncəsi açıqlama edib.
İdmanxeber.az-ın məlumatına görə, o, Maltanın Azərbaycan millisi ilə evdə oynadıqları görüşü xatırladaraq komandasına inandığını bildirib:
“Kosovo qrupun ən güclü komandasından biridir. Bizim üçün çətin oyun olacaq. Ancaq doğma meydanda onlara qarşı layiqli mübarizə aparacayıq. Necə ki, bunu Azərbaycana qarşı etmişdik. Oyunçularım Azərbaycanla görüşdə qələbəyə layiq oynasalar da, alınmamışdı. Kosovoyo qarşı da həmin oyunu oynayacaqlarından əminəm”.
Qeyd edək ki, Malta – Azərbaycan matçı 1:1 hesabı ilə bitmişdi.
Malta – Kosovo matçı noyabrın 17-si saat 21:00-da oynanacaq.