Millətlər Liqasının son turunda Kosovo millisi öz meydanında Azərbaycanı 4:0 hesabı ilə mığlub edib.
İdmanxeber.az-ın məlumatına görə, oyundna sonra Kosovonun ulduz futbolçusu Valon Berişa görüş barəsində fikirlərini bildirib. O, qələbəyə layiq olduqlarını söyləyib:
“Qələbə qazandığımız üçün çox xoşbəxtik. Bunu layiq bir oyun oynamışdıq. Hazırda ölkədə əsl bayram ab-havası var. Biz bunu ruhumuzla döyüşərək qazandıq. Oyundan öncə Azərbaycan favorit hesab olunurdu. Ancaq matçın gedişində hər şey fərqli oldu. Hesab daha da fərqli ola bilərdi”.