“Qarabağ” Antalyada qış təlim-məşq toplanışını davam etdirir.
İdmanxeber.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komanda hazırlığın üçüncü gününü iki məşqlə tamamlayıb. Səhər məşqi yerli vaxtla 11:00-da başlayıb və futbolçular laktat testindən keçib. Bu testin əsas mahiyyəti futbolçuların fiziki durumunu yoxlamaqdan ibarətdir.
Günün ikinci məşqi isə yerli vaxtla 17:30-da start götürüb. Futbolçular isinmə hərəkətlərinin ardından toplu çalışmaları yerinə yetirib.