“Keşlə”dən ayrılan Amil Yunanovun yeni klubu bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, “Qəbələ”yə dönəcəyi bildirilən 26 yaşlı hücumçu karyerasını “Sumqayıt”da davam etdirəcək.
O, “gənclik şəhəri” təmsilçisi ilə bir illik müqavilə imzalayıb.
Qeyd edək ki, “Sumqayıt” daha öncə “Zirə”dən Vüqar Mustafayevi transfer etmişdi.