Premyer Liqanın VII turunda “Səbail”lə keçirilmiş oyunun (2:1) ilk hissəsində zədələnərək fasilədə əvəzlənən Səlahət Ağayevin vəziyyətinə aydınlıq gəlib.
Tibbi baxışın nəticələrinə görə, 28 yaşlı qapıçı pubalgiya (oturaq sümüyünün iltihabı xəstəliyi) diaqnozu ilə bir həftə müalicə olunacaq.
Ağayev bu mövsüm 13 oyunun hamısında meydana çıxıb.