Almaniya II Bundesliqasında 22-ci turun oyunları keçirilir.
İdmanxeber.az-ın məlumatına görə, millimizin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi “Erzgebirge” doğma meydanda “Holsteyn Kil”lə qarşılaşıb və 1:2 hesabı uduzub.
Görüşün 64-cü dəqiqəsində meydana daxil olan futbolçumuz bundan cəmi 6 dəqiqə sonra komandasının yeganə qolunu vurub.
Qeyd edək ki, 30 xalı olan Aue təmsilçisi 18 komanda arasında hazırda 8-cı pillədə qərarlaşıb.