“Neftçi” son olaraq “Makkabi”də (İsrail, Hayfa) çıxış edən Qodsvey Donyohla maraqlanır.
İdmanxeber.az-ın məlumatına görə, belə bir iddia ilə İsrail mətbuatı çıış edib.
İddiaya görə, paytaxt klubunun 27 yaşlı forvardla anlaşdığı və yaxın zamanda rəsmi müqavilə imzalayacağı bildirilib.
“Mançester Siti”nin U-18 və U-21 komandalarında çıxış edən Qodsvey Danimarkada “Norşellan”, Almaniyada “Dinamo Drezden”də forma geyinib. Qanalı hücumçu ötən mövsüm 41 oyunda 6 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.