“Transfer çalışmaları davam edir. Bir neçə futbokçu ilə danışıqlar gedir”.
Bu sözləri İdmanxeber.az-a açıqlamasında “Araz Naxçıvan”ın baş məşqçisi Azər Bağırov deyib.
Növbəti mövsüm birinci divizionda mübarizə aparacaq Naxçıvan təmsilçisinin çalışdırıcısı təlim-məşq toplanışında 5 yoxlama görüşü keçirəcəklərini bildirib:
“Türkiyənin Ərzurum şəhərində 5 yoxlama oyunu keçirəcəyik. Bunlardan 3-ü çox ciddi, digər 2-si isə ortabab komandalar olacaq. Artıq rəqiblərdən ikisi məlumdu. Bunlar Küveytin “Əl Ərəbi” və Türkiyənin “1461 Trabzon” klublarıdı”.