24 Dekabr 2024
Kateqoriyasız

AFFA İcraiyyə Komitəsi toplaşır

AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı açıqlanıb.

İdmanxeber.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, toplantı iyulun 15-də videokonfrans formatında olacaq.

Saat 17:00-da başlayacaq iclasın gündəliyinə aşağıdakı məsələlər daxil olunub:

1. Hakimlər Komitəsinin sədri vəzifəsinə təyinatın müzakirəsi

2. 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinatın müzakirəsi

3. “Sabah” FK-nın əvəzedici komandasının 2022/2023-cü il mövsümündə Birinci Divizionda çıxış etməməsi ilə bağlı müraciətə baxılması

4. Digər məsələlər


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43