24 İyun 2026
Kateqoriyasız

“Neftçi” 3 legioneri ilə yolları ayırır

Transfer çalışmalarını davam etdirən “Neftçi” 3 futbolçusu ilə vidalaşmağı düşünür.

İdmanxeber.az-ın məlumatına görə, “ağ-qaralar” Mamadu Mbodj, Gilermo Pato və Sezar Meza Kolli ilə olan müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verməyi düşünür. Komandanın baş məşqçisi Laurentsiu Regekampf sözügedən futbolçuları ərəncamənda görmək istəmir.

Paytaxt klubu hər 3 legionerlə müqaviləni qarşılıqlı şəkildə ləğv etməyə razı salmağa çalışır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43