Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Qrasshopper” İsveçrə kubokunda 1/32 final oyununa çıxıb.
İdmanxeber.az-ın məlumatına görə, komanda aşağı liqa təmsilçisi “Vettsvil-Bonştetten”lə qarşılaşıb. Səfərdə rəqibini 4 :0 hesabı ilə məğlub edən “Qrasshopper” növbəti mərhələyə yüksəlib.
Koronavirus testi müsbət çıxan Renat bu görüşdə oynamayıb. Onun adı iştirak ərizəsində yer almayıb.