26 İyun 2026
Kateqoriyasız

Vadji “Sent Etyen”də debüt etdi

“Qarabağ”ın sabiq futbolçusu İbrahima Vadji yeni klubu “Sent Etyen”də debüt edib.

İdmanxeber.az-ın məlumatına görə, seneqallı forvard Fransa 2-ci liqasının 7-ci turu çərçivəsində səfərdə “Pau” ilə matçın 66-cı dəqiqəsində meydana çıxıb. Görüşdə qalib müəyyənləşməyib 2:2.

Vadji bu matçda komandasına penalti qazandırıb. 83-cü dəqiqədə ona qarşı edilmiş kobudluğa görə “Sent Etyen” penalti qazanıb və hesaba tarazlıq gətirib.

Qeyd edək ki, Vadji 1 milyon 600 min avro qarşılığında Fransa klubuna transfer olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43