02 İyul 2026
Kateqoriyasız

İki güləşçimiz DÇ-nın 1/4 finalında dayandı

Azərbaycanın daha iki qadın güləşçisiSerbiyanın paytaxtı Belqraddakı dünya çempionatında mübarizəyə başlayıb.

İdmanxeber.az xəbər verir ki, 53 kq çəkidə Leyla Qurbanova 1/8 finalda Yuliye Leorda (Moldova) ilə qarşılaşıb və 5:1 hesabı ilə qalib gəlib.  Ancaq o, 1/4 finalda Xulan Batxuyaq (Monqolustan) ilə görüşdə qolundan xəsarət alıb. Qurbanova qarşılaşmaya davam edə bilmədiyi üçün qələbə rəqibə verilib.  İdmançımız zədələndiyi an 1:4 hesabı ilə geridə olub.

63 kq-dakı Elis Manolova isə 1/4 finalda  çinli Jia Lonqa 3:6 hesabı ilə uduzub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43