Ötən gecə “Qarabağ”la oyundan sonra “Olimpiakos”un futbolçusu Pape Abu Sisse öz azarkeşlərini söyüb.
İdmanxeber.az-ın məlumatına görə, 27 yaşlı müdafiəçini 83-cü dəqiqədə əvəzlənən zaman onu fitə basan yunan fanatları onların öz dilində söyüb. Bu isə yerli azarkeşlərin qəzəblənməsinə səbəb olub.
Komandanın baş məşqçisi Miçel Qonsales Pape Abu Sissenin davranışına münasibət bildirib: “Futbolçu meydanda səhv edəndə bunu qəbul edə bilərsən, amma meydandan kənarda yox. Bu, lazımsız və qəbuledilməzdir”.
Futbolçunun cəzalandırılacağı bildirilir.

