28 İyul 2026
Dünya futbolu

“Bavariya” Çempionlar Liqasının tarixinə düşüb

“Bavariya” Çempionlar Liqasının tarixinə düşüb.

İdmanxeber.az-ın məlumatına görə, komanda dünən PSJ-ni 2:0 hesabı ilə məğlub edərək, növbəti mərhələyə yüksəlib. Münhen təmsilçisi bununla da təkrarlanması çətin olan rekorda imza atıb.

Belə ki, “Bavariya” 21-ci dəfə Çempionlar Liqasının 1/4 final mərhələsinə yüksələn yeganə komanda olub.

Klub həmçinin ÇL-də son 4 oyunda qol buraxmayaraq, öz rekordunu bir daha təkrarlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43