28 İyul 2026
Dünya futbolu

“PSJ-dən daha təhlükəli oyun gözləyirdim” – “Bavariya”nın baş məşqçisi

“Bavariya”nın baş məşqçisi Yulian Naqelsmann PSJ oyunu (2:0) barədə danışıb.

İdmanxeber.az-ın məlimatına görə, almaniyalı mütəxəssis komandasının möhtəşəm oynadığını bildirib:

“PSJ-dən daha təhlükəli oyun gözləyirdim. Heyətlərində ulduz futbolçular var. Oyun planımız sayəsində onlara nəzarət edə bildik və hücumlarının qarşısını aldıq. Kilian Mbappenin bu qədər az şansa sahib olması komandamın bacardığı anlamına gəlir.

Dayo Upamekanonun oyunundan razı qaldım. O, dünya çempionatında da yaxşı oyu sərgiləmişdi.  PSJ ilə matçda isə Mbappeni darmadağın etdi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43