28 İyul 2026
Dünya futbolu

“Real ispaniyalı futbolçu ilə anlaşa bilmir

“Real” Marko Asensio ilə razılığa gələ bilmir.

İdmanxeber.az-ın məlumatına görə, tərəflər maaş məsələsində anlaşa bilmirlər. Marko vergilər xaric ildə 6 milyon avro tələb edir.

“Real” isə ispaniyalı oyunçuya 4 milyon təklif edib. Rəhbərlik Asensionu buraxmaq niyyətində olmasa da, maaşı yüksəltmək istəmir. Futbolçu davamlı oynamadığı üçün tələb etdiyi əmək haqqıdan aşağı məbləğdə klubda qalmaq niyyətində deyil.

27 yaşlı oyunçu cari mövsüm La Liqada 18 oyun keçirib və 4 qol vurub.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43