Dünya futbolu

Mahir Emrelinin çıxışı uğursuz adlandırılıb

Mahir Emrelinin “Konyaspor”dakı ilk oyunu dəyərləndirilib.

İdmanxeber.az “Yeni Haber” nəşrinə istinadən xəbər verir ki, millimizin üzvünün ilk matçda istədiyi performansı göstərə bilmədiyi vurğulanıb. Forvard mövqeyində çıxış edən oyunçu ara-sıra cinahda da oynayır.

“Konyaspor”un son matçda “Giresunspor”a qarşı oyunda sağ cinahda forma geyinən Emrelinin çıxışının uğursuz olduğu bildirilib. Bu səbəbdən də yarımmüdafiəçin növbəti görüşlərdə mərkəz hücumçusu kimi mübarizə apara biləcəyi qeyd edilib.

Emreli mövsümün sonuna qədər icarə əsasında “Konyaspor”da forma geyinəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43