Dünya futbolu

“Fənərbağça”da “Sevilya” oyunu öncəsi 4 əskik

“Fənərbağça” Avropa Liqasının 1\8 final mərhələsində “Sevilya” ilə qarşılaşacaq.

İdmanxeber.az-ın məlumatına görə, İstanbul təmsilçisi bu oyunda dörd futbolçunun köməyindən yararlana bilməyəcək. Bunlar zədəsi davam edən Luan Peres, Qustavo Enrike, Serdar Dursun və Ailoskidir.

Zədəsi sağalan Mişi Batşuayinin adı isə görüşün iştirak ərizəsində daxil edilib.

Qarşılaşma bu gecə saat 00:00-da “CBC Sport”dan canlı yayımlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43