Dünya futbolu

“Tottenhem”də Konte dönəmi başa çatır

“Tottenhem”in baş məşqçisi Antonio Konte mövsümün sonunda komandadan ayrıla bilər.

İdmanxeber.az xəbər verir ki, bu barədə jurnalist Fabrisio Romao məlumat yayıb. O bildirir ki, italiyalı mütəxəssis yayda London klubunda ayrılmağı düşünür.

Yekun qərarın rəhbərliyin verəcəyi bildirilir. Kontenin London təmsilçisinin sözləşməsi mövsüm sonu başa çatacaq.

“Tottenhem” Çempionlar Liqasının 1/8 final mərhələsində “Milan”a (0:1, 0:0) uduzaraq, mübarizəni dayandırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43