PSJ baş məşqçisi Kristoff Qaltyenin gələcəyi ilə bağlı qərarını verib.
İdmanxeber.az-ın məlumatına görə, Paris təmsilçisi fransalı mütəxəssisi istefaya göndərməyəcək. Klub rəhbərliyi onunla vidalaşmağa tələsmir.
Qaltye əgər Fransa çempionluğunu qazana bilsə, postunda qalacaq. Liqa 1 çempionluğu gəlməcəyi təqdirdə, idman direktoru Luis Kampos və baş məşqçi klubdan göndəriləcək.
PSJ 63 xalla turnir cədvəlində 1-ci pilləsində qərarlaşıb.

