28 İyul 2026
Dünya futbolu

“Barselona” Messini gözləyir: son qərar La Liqada

“Barselona” PSJ-nin hücumçusu Lionel Messinin transferi üçün La Liqanın yekun təsdiqini gözləyir.

İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik argentinalı futbolçuya verəcəyi təklifi hazırlayıb. 35 yaşlı oyunçunun da Kataloniya təmsilçisinin son qərarını gözlədiyi bildirilir. 

Argentinalı ilə müqavilə bağlamaq üçün klub bir neçə oyunçu ilə yolları ayrılmalı və maaşları azaltmalı olacaq.

35 yaşlı hücumçu 2005-2021-ci illərdə Kataloniya klubunda çıxış edib. O, “Barselona”nın heyətində 778 oyuna çıxıb, 672 qol vurub və 303 məhsuldar ötürmə edib.

Messinin PSJ ilə hazırkı müqaviləsi 2023-cü ilin yayına qədərdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43