İrəvanda keçirilmiş ağır atletika üzrə Avropa çempionatında qələbələrini Azərbaycana həsr etmiş Türkiyə idmançıları – Cansu Bektaş və Qamze Altun öz instaqram səhifələrində Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ilə çəkdirdiyi fotoları yayımlayıblar.
İdmanxeber.az-ın məlumatına görə, Prezidentin dəvəti ilə Bakıya səfər edən türkiyəli atletlər selfi çəkdirməyi də unutmayıb.