29 Sentyabr 2024
Ölkə futbolu

“Turan Tovuz” rəhbərliyi elə bir addım atdı ki…

“Turan Tovuz” rəhbərliyi “Neftçi” oyunu sonrası komandaya jest edib.

Tovuz klubu Azərbaycan Kubokunun yarımfinal mərhələsində “ağ-qaralar”a məğlub olsa da, komandanın son dəqiqəyə qədər mübarizə aparması rəhbərliyin diqqətindən kənar qalmayıb.

Belə ki, ilk oyunda evdə “Neftçi”ni 1:0 məğlub edən bölgə təmsilçisi səfərdə rəqibindən son dəqiqələrdə buraxdığı 2 qolla turnirlə vidalaşıb. Ancaq məğlubiyyətə rəğmən, futbolçular mükafatlandırılıb.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, rəhbərlik komandaya 50 min manat “premya” verib. Mükafatın “Zirə” oyunu öncəsi verilməsi oyunçularda əlavə motivasiya yaradıb.

Xatırladaq ki, “Turan Tovuz” ötən tur səfərdə “Zirə”ni 3:1 hesabı ilə məğlub edib.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43