29 Sentyabr 2024
Dünya futbolu

Neymardan “Barsa”ya mesaj: “Xoşbəxt idilər”

PSJ-nin hücumçusu Neymar sosial şəbəkədəki addımı ilə diqqətləri üzərinə çəkib.

İdmanxeber.az-ın məlumatına görə, braziliyalı futbolçu “Barselona”nın Messi ilə Neymarın paylaşdığı bir fotonu bəyənib. Hər iki oyunçunun yer aldığı paylaşımda “Onlar o vaxt çox xoşbəxt idilər” – deyə, yazılıb.

Dünən PSJ azarkeşlərinin Neymarın evini mühasirəyə alması xəbəri yayılıb. Futbolçu həmin an evdə olub, sosial şəbəkə hesabında “İnsanların sizi fırtınalarına sürükləməsinə imkan verməyin” sözlərini yazıb.

Daha əvvəl Messinin mövsümün sonunda PSJ-dən ayrılacağı bildirilirdi. Neymarın parislilərlə müqaviləsi 2026-cı ilə qədər qüvvədədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43