29 Sentyabr 2024
Ölkə futbolu

AFFA Lənkəran komandasına rədd cavabı verməyə hazırlaşır

Region Liqasında çıxış edən “Xəzər Lənkəran 42” komandasının növbəti mövsümdən I Divizionda çıxış edib-etməyəcəyi bəlli deyil.

Bir neçə gün öncə Lənkəran təmsilçisinin yenidən peşəkar futbola qayıdacağı barədə xəbərlər yayılmışdı. İddiaya görə, AFFA “Xəzər Lənkəran 42” komandasını növbəti mövsümdən I Diviziona buraxacaq.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, yayılan xəbərlər doğru deyil. Belə ki, komanda divizionda çıxış etmək üçün federasiyaya müraciət etsə də, cavab heç də müsbət olmayacaq.

Buna səbəb tələb edilən sənədlərin qaydasında olmamasıdıdır. Hazırda Lənkəran təmsilçisinin divizinoda oynama şanslarının az olduğu görünür. 

Əgər komanda rəhbərliyi tələb olunan sənədləri tamamlaya bilsə, vəziyyət dəyişəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43