29 Sentyabr 2024
Ölkə futbolu

Azərbaycan kubokunun final oyununa görə püşk atıldı

Azərbaycan kubokunun final matçının nominal meydan sahibini müəyyənləşdirmək üçün püşk atılıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

Mərasimdə Peşəkar Futbol Liqasını texniki-idman direktoru Elgiz Abbasov, “Neftçi” Futbol Klubunu baş menecer Qədir Həsənov, “Qəbələ” İdman Klubunu isə menecer Məhəmməd Əzizli təmsil edib. Püşkün nəticəsinə əsasən “Bakcell Arena”da keçiriləcək həlledici qarşılaşmanın nominal meydan sahibi “Neftçi” Futbol Klubu olub.

Qeyd edək ki, Azərbaycan Kubokunun final matçı iyun ayının 3-ü, saat 20.00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43