“İnter” “Fiorentina”nı 2:1 hesabı ilə məğlub edərək İtaliya Kubokunun qalibi olub.
İdmanxeber.az-ın məlumatına görə, Milan komandası 21-ci əsrdə 6-cı dəfə bu turnirin qazanaraq rekord göstəriciyə nail olub. “İnter” bu nəticəylə 5 dəfə bu titulun sahibi olan “Latsio”nu geridə qoyub.
Ümumilikdə Milan təmsilçisi tarixində 9 dəfə İtaliya Kubokunun qalibi olub. Titulu ən çox qazanmış komanda isə “Yuventus”dur.
Turin təmsilçisi 14 dəfə İtaliya Kubokunu başı üzərinə qaldırıb.