“Mançester Siti”nin qapıçısı Skot Karsonla müqavilə uzadıb.
İdmanxeber.az xəbər verir ki, bu barədə klub saytı məlumat yayıb. Bildirilir ki, 37 yaşlı ingilislə sözləşmənin müddəti 1 illikdir.
Karson 2019-cu ildən komandanın üçüncü qapıçısıdır. Bu müddət ərzində o, iki oyun keçirib.