15 İyul 2026
Ölkə futbolu

Millimizin futbolçusu qəzaya düşdü

“Qəbələ”nin və Azərbaycan millisinin futbolçusu Emil Səfərov qəzaya düşüb.

İdmanxeber.az xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Zaqatalanın  Yengiyan kəndi ərazisində baş verib.

Səfərovun idarə etdiyi “VAZ-2107” markalı minik avtomobili 1995-ci il təvəllüdlü Qurban Nəsrullah oğlu Həsrətovun idarə etdyi “Niva” markalı maşınla toqquşub.

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan “Niva”nın sürücüsü Q.Həsrətov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır. (Lent.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43