“Qarabağ” yeni mövsümün hazırlığı çərçivəsində ilk yoxlama oyununu keçirib.
İdmanxeber.az-ın məlumatına görə, dünən Avstriyanın Tirol şəhərində Ağdam təmsilçisi Macarıstanın “Ferensvaroş” klubu ilə qarşılaşdı. 3:3 hesabı ilə başa çatan matçda “Qarabağ”ın qollarını Nəriman Axundzadə (2) və Leandro Andrade vurdular.
Ağdam təmsilçisi sözügedən görüşə yeni forması ilə çıxıb. “Adidas” şirkətinin istehsalı olan idman geyimlərinin döş hissəsində “Qarabağ”ın 2 ulduzlu loqosu əks olunub.

