20 İyun 2026
Ölkə futbolu

“Zirə” yeni vitse-prezidentini açıqladı

“Zirə”də yeni təyinat gerçəkləşib.

İdmanxeber.az-ın məlumata görə, Bakı təmsilçisi yeni vitse-prezidentini təqdim edib.

Bu posta Seyidağa Babayev gətirilib. O, daha əvvəl “Zirə”də icraçı direktor və uşaq futbol akademiyasının koordinatoru vəzifəsində də çalışıb.

Qeyd edək ki, Seyidağa Babayev aşağı yaş qrupu üzrə Azərbaycan yığmalarında çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43