08 İyun 2026
Ölkə futbolu

“Yaxşı təkliflərim var” – “Turan Tovuz”un legioneri

“Turan Tovuz”un legioneri Roderik Miller Azərbaycanda oynamağa davam edəcək.

Martda qərb bölgəsi klubu ilə 3 ay +1 illik müqavilə imzalayan Panama millisinin üzvü “Turan Tovuz”dan ayrılmayacaq.

Daha öncə yerli mətbuat onun Tovuz təmsilçisi ilə iki ilik sözləşmə imzaladığını yazmışdı. Miller saytımıza açıqlamasında iddiaları təsdiq edib.

O, idmanxeber.az saytına bunları deyib:

“Hazırda millinin düşərgəsindəyəm. Buradan birbaşa Azərbaycana gəlib klubla məşqlərə başlayacam. Açığı, yaxşı təkliflərim var. Amma hər şey “Turan Tovuz”da qalacağımı göstərir”.

Həsən Quluzadə

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43