“Yuventus”un yarımmüdafiəçisi Pol Poqba bu yay klubu tərk edə bilər.
İdmanxeber.az “La Gazetta dello Sport”a istinadən xəbər verir ki, Turin klubu fransalının tez-tez zədələnməsindən narazıdır. Ona görə də rəhbərlik futbolçunu satmaq variantını nəzərdən keçirir.
Poqbanın hazırkı müqaviləsi 2026-cı ilə qədərdir.
2022/23 mövsümündə yarımmüdafiəçi bütün turnirlərdə cəmi 10 matçda iştirak edib və bir məhsuldar ötürmə edib.

