07 İyun 2026
Ölkə futbolu

“Neftçi” millimizin üzvünü transfer etdi – RƏSMİ

“Neftçi” Azərbaycan millisinin futbolçusu Filip Ozobiçi transfer edib.

İdmanxeber.az-ın məlumata görə, ötən mövsümün sonunda “Qarabağ”dan ayrılan xorvatiyalı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

32 yaşlı oyunçu paytaxt təmsilçisində 10 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Filip Ozobiç “Neftçi”nın mövsümlər arası fasilədə heyətinə qatdığı 2-ci futbolçudur. “Ağ-qaralar” daha əvvəl “Səbail”dən Emil Balayevlə müqavilə bağlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43