07 İyun 2026
Dünya futbolu

Kolumbiyalı “Yuventus”dan getdi

“Yuventus”un yarımmüdafiəçisi Xuan Kuadrado komandadan azad agent kimi ayrılıb.

İdmanxeber.az-ın məlumatına görə, 35 yaşlı kolumbiyalının müqaviləsi iyunun 30-da başa çatıb. Kuadrado “Yuventus”un heyətində 314 oyuna çıxıb, 26 qol vurub və 65 məhsuldar ötürmə verib.

Turinin tərkibində o, 5 dəfə A Seriyasının qalibi olub, üç dəfə İtaliya kubokunun qalibi olub və iki dəfə ölkə Superkubokunu qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43