07 İyun 2026
Ölkə futbolu

Azərbaycanlı futbolçu Albaniyaya gedir- müqavilə üçün

“Sumqayıt”dan ayrılan Vüsal İsgəndərlinin karyerasını Albaniyada davam etdirəcəyi xəbərini vermişdik.

İdmanxeber.az-ın məlumatına görə, həmyerlimiz sözügedən ölkənin “Eqnatia” klubunda çıxış edəcək. İsgəndərli bu gün Albaniyaya yola düşür.

Onun “Suqmayıt”la müqaviləsi davam etsə də, sözləşmədə ölkə xaricindən təklif gələcəyi təqdirdə sərbəst ayrılacağı qeyd edilmişdi. 

Bu səbəbdən də oyunçu Albaniya təmsilçisinə azad agent statusu ilə qoşulacaq. O, yeni klubunda avrokubok matçlarının ardından 10 nömrəli forma ilə çıxış edəcək. 

Xatırladaq ki, “Eqnatia” Konfrans Liqasının I təsnifat mərhələsində Ermənistan təmsilçisi “Ararat”la qarşılaşacaq. Oyun iyulun 13-da Albaniyada keçiriləcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43