“Qalatasaray” sol cinah müdafiəçisi axtarışını davam etdirir.
İdmanxeber.az-ın məlumatına görə, “sarı-qırmızılar” “Sassuolo”nun oyunçusu Rogerio ilə yaxından maraqlanır.
Oyunçu “Sassuolo” forması ilə 191 oyunda 3 qol vurub və 13 assistlə mübarizə aparıb. İtaliya klubu Rogerionu 2019-cu ildə “Yuventus”dan 6,5 milyon avro qarşılığında transfer edib.
Türkiyə təmsilçisi həmçinin “Leypsiq”dən Anxelino və “Yuventus”dan Alek Sandro ilə maraqlanır.

