08 İyun 2026
Dünya futbolu

“Qəbələ”nin rəqibi Fransadan oyunçu transfer etdi

“Qəbələ”nin Konfrans Liqası II təsnifat mərhələsindəki rəqibi “Omoniya” yeni transfer edib.

İdmanxeber.az-ın məlumatına görə, Kipr təmsilçisi “Dijon”dan mərkəz müdafiəçisi Senu Kulibalini öz heyətinə qatıb. Son 5 ili Fransa komandasında keçirən Senu millisi Malinin heyətində 3 oyuna çıxıb.

“Omoniya” onunla 2+1 müqavilə imzalayacağını açıqlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43