02 İyul 2026
Dünyadan Kateqoriyasız

Azərbaycan klubu braziliyalı müdafiəçi transfer edir

Braziliyalı futbolçu İqor Ribeyro Azərbaycandan təklif alıb.

İdmanxeber.az-ın məlumatına görə, Paraqvayın “Taçuary” klubunda çıxış edən müdafiəçi Premyer Liqa klublarımızın birinin maraq dairəsindədi. Adı açıqlanmayan klubumuz təcrübəli mərkəz müdafiəçini 1 illik icarəyə götürməyi düşünür.

Qeyd edək ki, 26 yaşlı “sambaçı” karyerasına ölkəsinin “Sosyedad Esportivo do Qama” klubunda başlayıb. O, daha sonra “Bandeiranet” və “Keylandiya” klublarında forma geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43