02 İyul 2026
Dünya futbolu

“Barselona” oyunçuları virusa yoluxdu, oyun ləğv olundu

 “Barselona” rəhbərliyi komanda üzvlərinin virusa yoluxması səbəbindən İtaliyanın “Yuventus”u ilə yoldaşlıq oyununu ləğv etmək qərarına gəlib.

İdmanxeber.az xəbər verir ki, bu barədə “Barsa”nın mətbuat xidməti məlumat yayıb.

Klubdan bildirilib ki, heyətin əhəmiyyətli bir hissəsi qastroenterit xəstəliyinə tutulub.

İspaniya klubunun “Yuventus”la oyunu iyulun 23-də Bakı vaxtı ilə saat 06:30-da Kaliforniyada “Livays” stadionunda baş tutmalı idi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43