Braziliyalı futbolçu İqor Ribeyro Azərbaycandan təklif alıb.
İdmanxeber.az-ın məlumatına görə, Paraqvayın “Taçuary” klubunda çıxış edən müdafiəçi Premyer Liqa klublarımızın birinin maraq dairəsindədi. Adı açıqlanmayan klubumuz təcrübəli mərkəz müdafiəçini 1 illik icarəyə götürməyi düşünür.
Qeyd edək ki, 26 yaşlı “sambaçı” karyerasına ölkəsinin “Sosyedad Esportivo do Qama” klubunda başlayıb. O, daha sonra “Bandeiranet” və “Keylandiya” klublarında forma geyinib.

