01 İyul 2026
Dünya futbolu

Ərəblər belçikalıya 50 milyon verir

“Əl Hilal” hücumçu Romel Lukaku üçün “Çelsi”yə yeni təklif göndərib.

İdmanxeber.az-ın məlumatına görə, klub 30 yaşlı belçikalıya illik 50 milyon avro maaşla müqavilə təklif edib. Bir oyunçunun transferində “Çelsi” də təxminən 50 milyon avro qazanacaq.

Lukaku ötən mövsümü icarə əsasında “İnter”də keçirib. Forvard bütün yarışlarda 37 oyun keçirib, 14 qol vurub və 7 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43