26 Noyabr 2024
Ölkə futbolu

“Qarabağ”ın birinci qolu qarşısıalınmaz oldu” – “Rakuv”un futbolçusu

“Rakuv” klubunun futbolçusu Zoran Arseniç “Qarabağ”a 3:2 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu barədə danışıb.

İdmanxeber.az-ın məlumatına görə, kapitan fərdi səhvlərin matçda onlara baha başa gəldiyini düşünür:

“Rəqibin birinci qolu qarşısıalınmaz oldu. Çünki hücumçuları başla gözəl zərbə vurdu. Bu, “Qarabağ”ın gücünün təsdiqi idi. Bundan sonra çətin anlar yaşadıq və fərdi səhvdən ikinci topu buraxdıq. Həmin epizodda daha diqqətli ola bilərdik. Buna baxmayaraq, özümüzdə güc taparaq qələbə qolunu vura bildik”.

29 yaşlı mərkəz müdafiəçisi cavab oyununda da bənzər mübarizə gözlədiyini söyləyib: “Rəqib mütləq aqressiv oynayacaq. Bizi çətin matç gözləyir, buna hazırıq. Ümid edirəm ki, mərhələni adlayan tərəf biz olacağıq”.

 “Qarabağ”la “Rakuv” arasında cavab görüşü avqustun 2-də Bakıda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43